Çeçenistan hökumətinin sədri istefa verdi


Çeçenistan hökumətinin sədri Müslüm Xuçiyev başqa vəzifəyə keçməsi ilə əlaqədar istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə regionun rəhbəri Ramzan Kadırov teleqram kanalında məlumat yayıb.
“Müslim Xuçiyev başqa işə keçməsi ilə əlaqədar olaraq Çeçenistan Respublikası hökumətinin sədri vəzifəsindən istefa verib. Müslüm Maqomedoviç əsl peşəkar, strateji düşüncəyə malik dövlət xadimidir. Əminəm ki, o, yeni yerində bütün ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcək, yüksək peşəkarlıq nümayiş etdirəcək”, –Kadırov yazıb.
Qeyd edək ki, Xuçiyev 2018-ci ildən Çeçenistan hökumətinin sədri vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top