Aİ Rusiyanın aktivlərindən əldə edilən gəliri Ukraynaya yardım üçün istifadə edəcək


Aİ ölkələri Rusiyanın aktivlərindən əldə edilən gəlirin 90%-nin Ukraynanı silahla təmin etmək barədə planı təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
“Biz Aİ-də Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya yardım göstərmək üçün istifadəsini təsdiq etdik. 2024-cü ildə 3 milyard avroya qədər olan məbləğin 90%-i Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldiləcək”, - deyə nazir “X” sosial şəbəkə səhifəsində yazıb.
Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl bəyan etmişdi ki, Rusiya aktivlərini ələ keçirmək üçün qəbul edilən qərarlar bu qərarları qəbul edənlər və bu qərarlardan sui-istifadə edənlər üçün çox ciddi məhkəmə və hüquqi xərclərə səbəb olacaq və Rusiya adekvat olaraq cavab tədbirləri hazırlamağa başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top