BMT Zelenskinin legitimliyini tanıyır


Birləşmiş Millətlər Təşkilatı (BMT) mayın 20-dən sonra Zelenskinin təşkilat üçün legitimliyini qoruyub saxladığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik mətbuat konfransında bildirib.
“Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatı üçün qanuni prezident olmaqda davam edir”, - deyə Düjarrik bildirib.
Qeyd edək ki, mayın 20-də Zelenskinin Ukrayna Prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Ukraynada prezident seçkiləri 2024-cü il martın 31-də, yeni seçilmiş birinci şəxsin inauqurasiyası isə mayın 20-də keçirilməli idi. Lakin hərbi vəziyyət və ümumi səfərbərlik əsas gətirilərək, səsvermə ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top