Qəzada Təbriz imamı dərhal ölməyib, PA rəhbərinə zəng vurub – Yeni faktlar


İranda Prezident İbrahim Rəisinin və onu müşaiyət edən nümayəndə heyətinin həlak olduğu helikopter qəzası ilə bağlı yeni faktlar üzə çıxıb.
Yeniavaz.com
“Tasnim” agentliyinə istinadla xəbər verir ki, Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli əl-Haşim qəzadan sonra bir saat ərzində sağ olub, hətta telefonla da danışıb.
Agentliyin məlumatına görə, bu barədə İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami xəbər verib.
“O (Məhəmməd Əli əl-Haşim) təyyarə qəzasından sonra bir saat ərzində hələ də sağ olub, hətta prezident administrasiyasının rəhbəri Qulamhüseyn İsmailə telefonla zəng edib”, - Nami deyib.  
Təşkilatın rəhbəri cümə imamının cəsədinin digərlərinə nisbətən daha yaxşı vəziyyətdə olduğunu və daha az yandığını bildirib.
O, həlak olanların heç birinin cəsədlərinin DNT testinə göndərilmədiyini, çünki buna ehtiyac olmadığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top