
Almaniyanın xarici işlər naziri Annalena Berbok elan olunmamış səfərlə Kiyevə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DPA agentliyi mənbəyə istinadla məlumat yayıb.
“Ukraynanın səmalarını qorumaq üçün təcili olaraq artan hava hücumundan müdafiə imkanlarına ehtiyacı var”, - Almaniyanın xarici işlər naziri deyib.
Onun sözlərinə görə, Almaniyanın hava hücumundan müdafiəni gücləndirmək təşəbbüsü çərçivəsində əlavə 1 milyard avro toplanıb:
“Və biz hər gün bu məbləğin artırılmasını təmin etmək üçün çalışırıq”, - deyə nazir bildirib.
Qeyd edək ki, Kiyevə hazırkı səfər Berbok üçün 2022-ci ilin fevralından bəri yeddinci səfərdir.
Tətbiqimizi yükləyə bilərsiniz