
ABŞ qanunvericiləri İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı həbs qərarı çıxaracağı təqdirdə, Beynəlxalq Cinayət Məhkəməsinə (BMC) sanksiya tətbiq edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson yaydığı bəyanatda bildirib.
Onun sözlərinə görə, BCM prokurorunun Netanyahunun həbsinə order verilməsi tələbinə ABŞ Prezidenti Co Bayden administrasiyasının İsrailə təzyiq kampaniyası səbəb olub.
“Ağ Evin rəhbərliyi olmadan belə, Konqres həbs orderi çıxaracağı təqdirdə BCM-nin cəzalanmasını və bu qərarın nəticələri ilə üzləşməsini təmin etmək üçün sanksiyalar da daxil olmaqla, bütün variantları nəzərdən keçirir”, - Conson deyib.
ABŞ hökumət iyerarxiyasında üçüncü əsas mövqe tutan Konqresin aşağı palatasının spikeri həmçinin, BCM prokurorunun əsassız və qeyri-qanuni tələbinin qlobal qınağa məruz qalmalı olduğunu bildirib.
Conson həmçinin BMC-in Benyamin Netanyahunun həbsinə order verilməsi tələbi ilə İsrail rəsmilərini terrorçularla eyniləşdirməyə çalışdığını bildirib.
“Əgər BCM-in İsrail rəhbərliyini təhdid etməsinə imkan verilsə, onda bizim rəhbərliyimiz növbəti olacaq”, - deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, mayın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan ibtidai istintaq kollegiyasına müraciət edərək, İsrailin Baş naziri Benyamin Netanyahunun və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini tələb edib. Onun sözlərinə görə, prokurorluq Netanyahu və Qalantın 2023-cü il oktyabrın 8-dən Fələstin ərazisində - Qəzza zolağında törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığını göstərən sübutlar toplayıb. Eyni zamanda prokuror Fələstinin HƏMAS radikal hərəkatının üç liderinin həbsinə order verilməsini də tələb edib.
Tətbiqimizi yükləyə bilərsiniz