
“2024-cü ildə Malmödə keçirilən “Avroviziya” ənənəvi ailə dəyərlərinə təhlükə yaradır”.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Biz “Avroviziya” mahnı müsabiqəsində deseksuallaşdırma siyasəti kimi bir fenomenin qlobal şəkildə tətbiq edilməsinin şahidi olduq. Aydındır ki, gənclərə təqdim edilən bu cür qəribə tiplər sosial deqradasiyanın Troya atıdır. Hamı bunun şüurlu bir siyasət olduğunu başa düşür. Biz Türkiyəni son 10-12 il ərzində bu biabırçılıqdan qorumaqla necə düzgün qərar verdiyimizi öz gözümüzlə görürük”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə 1975-2012-ci illərdə “Avroviziya”da iştirak edib. 2012-ci ilin dekabrında isə Türkiyənin dövlət televiziyası TRT “Avroviziya”dan çıxdığını elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz