
Tovuz Rayon Məhkəməsi ictimai fəal, “Son Ümid” Xalq Hərəkatı təşkilatının sədri Ramin Əliyev barəsində 2 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov öz sosial şəbəkə hesabında yazıb.
“O, dələduzluqda ittiham edilir. Ramin Əliyev və yaxınları ittihamı qəbul etmirlər, hazırkı cinayət təqibini hakim siyasəti tənqid edən post və çıxışları ilə əlaqələndirirlər”, - R. Səfərov bildirib.
Xatırladaq ki, R, ƏLiyev mayın 17-də paytaxtda saxlanılıb.
“Xalası oğlu Səbuhi Mehrəliyevin R.Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı müraciəti əsasında Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə çağırışdan yayınan R.Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib”, - DİN-in məsələ ilə bağlı yaydığı məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz