“BCM prokurorunun tələbi biabırçıdır” – Bayden


ABŞ Prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi tələbini pisləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.
“Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun İsrail liderlərinin həbsinə order verilməsi tələbi biabırçıdır. Açıq deyim: Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru nəyi nəzərdə tutsa da, İsraillə HƏMAS-ı eyniləşdirmək olmaz. Biz həmişə İsrailin yanında olacağıq və onun təhlükəsizliyinə təhdidlərə qarşı çıxacağıq”, - deyə Bayden
Öz növbəsində, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken bildirib ki, Vaşinqton, İsrail və HƏMAS-ı bərabərləşdirən BCM prokurorunun tələbini qəti şəkildə rədd edir.
“Biz prokurorun İsrail və HƏMAS-ı bərabərləşdirməsini rədd edirik. Bu, biabırçılıqdır. Yaxın Şərqdəki hazırkı münaqişədən xeyli əvvəl ABŞ aydın bildirib ki, BCM-nin bu məsələdə yurisdiksiyası yoxdur. Prokurorun qərarı həm də girovların azad edilməsinə və humanitar yardımın artırılmasına imkan verəcək atəşkəs razılaşmasının əldə edilməsi səylərini təhlükə altına qoya bilər”.

DİGƏR XƏBƏRLƏR

Top