“Neuralink” ikinci könüllüyə neyroçip yerləşdirmək üçün icazə aldı – WSJ


İlon Maskın “Neuralink” şirkəti ABŞ Qida və Dərman İdarəsindən (FDA) şirkət tərəfindən hazırlanmış çipi ikinci könüllünün beyninə implantasiya etmək üçün icazə alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, tənzimləyici çiyinlərindən aşağı iflic olan ilk sınaq iştirakçısı Nolan Arboda cihazla bağlı problemlər fonunda Maskın şirkəti tərəfindən təklif olunan “Neuralink” çipinin implantasiyası prosesinə dəyişiklikləri təsdiqləyib.
Qeyd edək ki, Arboya yanvarın sonunda çip implantasiya edilib və mart ayında şirkət ağlının gücü ilə ekranda kompüter siçan kursorunu idarə edərək onlayn şahmat oynayan könüllü nümayiş etdirib.
Şirkətə yaxın mənbənin sözlərinə görə, ikinci çipin implantasiyası iyun ayında baş tutacaq. “The Wall Street Journal”ın mənbəsi iddia edir ki, 1000-dən çox iflic olmuş könüllü artıq qeydiyyatdan keçib, lakin onlardan yüzdən azının sınaqda iştirak etmək imkanı var.
Qeyd edilir ki, ümumilikdə, 2024-cü ilin sonuna qədər Maskın şirkəti öz cihazlarını 10 könüllüyə implantasiya etməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top