
“Nazirlər Kabinetinin iclasında İran xalqının yaşadığı dərin ağrıları bölüşmək üçün ölkəmizdə milli matəm günü elan etmək qərarına gəldik”
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də yayımlanan çıxışında deyib.
Ərdoğan həmçinin PUA-ların vacibliyindən danışıb:
“İran prezidenti Rəisi və onu müşayiət edən nümayəndə heyətinin həlak olduğu helikopter qəzasında PUA-ların əhəmiyyəti bir daha üzə çıxdı. Bayraktar AKINCI TİHA iranlı qardaşlarımızın xahişi ilə axtarış-xilasetmə əməliyyatlarında fəal iştirak edib. AKINCI çətin hava şəraitinə baxmayaraq 2100 kilometr uçub və missiyasını uğurla başa vuraraq ölkəmizə qayıdıb”.
Tətbiqimizi yükləyə bilərsiniz