“BCM-nin qərarı məni dayandıra bilməz” – Nətanyahu


İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun onun həbsinə order verilməsini tələbini qalmaqallı adlandırıb.
Yeniavaz.com
“Ynet”ə istinadən xəbər verir ki, Netanyahu bunu Likud fraksiyasının iclasında deyib.
Baş nazir bildirib ki, bu qərar nə onu, nə də ölkəsini dayandıra bilməz.
İsrail prezidenti İsaak Hersoq BCM-nin hərəkətlərini inanılmaz dərəcədə çirkin adlandırıb və əlavə edib ki, bu, beynəlxalq məhkəmə sisteminin nə dərəcədə çökmək təhlükəsi altında olduğunu göstərir.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan ibtidai istintaq kollegiyasına müraciət edərək, İsrailin Baş naziri Benyamin Netanyahunun və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top