“Çoxları övladları əsgər getməsin deyə ölkəni tərk edib” – Paşinyan


“Ermənilərin çoxu övladlarının hərbi xidmətdən yayınması üçün mühacirət edib”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş nazir Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, demoqrafik vəziyyət təhlil edilərkən bir sıra amillər nəzərə alınmır. Xüsusən əsgərliyə görə nə qədər insanın ölkəni tərk etməsi:
“Bu məsələ ilə bağlı heç bir statistik məlumat yoxdur: mühacirətə görə nə qədər Ermənistan vətəndaşı lazımi təhsil almaq imkanını itirdiyi məlum deyil. Bu insanlar böyük potensiala malikdir və müxtəlif sahələrdə ciddi uğurlar qazana bilərdi”.

DİGƏR XƏBƏRLƏR

Top