Assanc ABŞ-yə ekstradisiyası ilə bağlı qərara yenidən etiraz edə biləcək


İngiltərə və Uels Ali Məhkəməsi “WikiLeaks”in yaradıcısı Culian Assanca onun ABŞ-yə ekstradisiya edilməsi ilə bağlı əvvəlki qərara yenidən etiraz etməsinə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, hakimlər hesab ediblər ki, Amerika hakimiyyət orqanları tərəfindən verilən təminatlar Assancın ekstradisiyası zamanı onun hüquqlarına riayət olunacağına zəmanət vermir.
Məhkəmə binasına toplaşan avstraliyalı tərəfdarlar bu qərarı sevinclə qarşılayıblar.
52 yaşlı Assanc səhhətinə görə məhkəmə iclasına şəxsən qatıla bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top