
Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti bu gün – mayın 20-də başa çatır.
Yeniavaz.com xəbər verir ki, beş il əvvəl, 2019-cu il mayın 20-də seçkilərdə Pyotr Poroşenkoya qalib gələn keçmiş aktyor və iş adamı Volodimir Zelenski Ukrayna Prezidenti vəzifəsinin icrasına başlayıb.
Ancaq Ukraynada növbəti prezident seçkiləri keçirilməyib. Belə ki, hərbi vəziyyət və ümumi səfərbərlik əsas gətirilərək, ölkədə səsvermə ləğv edilib.
Həmçinin, Zelenski indi seçkilər üçün doğru vaxt olmadığını bildirərək, bu məsələyə son qoymaq lazım olduğunu vurğulayıb.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2024-cü il martın 31-də, yeni seçilmiş dövlət başçısının andiçmə mərasimi isə may ayında baş tutmalı idi.
Tətbiqimizi yükləyə bilərsiniz