Arda Gülər “Vilyarreal”a 2 qol vurdu, tarixə düşdü – Video


İspaniya 1-ci Futbol Liqasında (La Liqa) 2023-2024 mövsümünün çempionluğunu elan edən “Real Madrid” 37-ci turda səfərdə “Vilyarreal”la 4-4 bərabərə qalıb.
Yeniavaz.com
xəbər verir ki, start heyətində meydana çıxan Türkiyə millisinin və “Kral klubu”nun 19 yaşlı ulduzu Arda Gülər 2 qol vurub və beləcə klub tarixinə düşüb.
Belə ki, o, bu mövsüm La Liqada ümumi qol sayını 6-ya çatdıraraq, “Real Madrid” tarixində ən az müddətdə ən çox qol vuran futbolçu kimi tarixə düşüb. Gülər indiyə qədər İspaniya liqasında 373 dəqiqə meydanda olub.

DİGƏR XƏBƏRLƏR

Top