Rəisi ilə birlikdə qəzaya uğrayan 7 nəfər kimlərdir?


İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində ən azı 8 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, görə, ölənlər arasında Rəisidən başqa xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malek Rəhməti, Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşim və Prezident Qvardiyasının rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı general-mayor Mehdi Musəvi olub.
Ekipaja iki pilot və bir texniki işçi daxil olub. Onların adları açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top