
İranın şimal-qərbində qəzaya uğrayan İran Prezidenti İbrahim Rəisi və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan helikopter Amerika istehsalı “Bell 212” tipli helikopter olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, helikopter 14 nəfəri daşıya bilib və 190 km/saat sürətə malik olub.
Qeyd edək ki, bundan əvvəl İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd demişdi ki, qəzaya uğrayan helikopterin yeri İranın Şərqi Azərbaycan əyalətində aşkar edilsə də, helikopterdə olan sərnişinlərin sağ olmasında dair hər hansı əlamət yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz