İran Prezidenti və XİN başçısı helikopter qəzasında ölüb – KİV


İran Prezidenti İbrahim Rəisinin də göyərtəsində olduğu, qəza enişi edən helikopterdən sağ çıxanın olmadığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat yayıb.
“Qəzaya düşən vertolyotun yeri aşkar edildikdə, helikopter sərnişinlərinin canlı olmasına dair heç bir əlamət tapılmadı”, - deyə o bildirib.
TASS yazır ki, İranın vitse-prezidenti Mənsuri də prezident İbrahim Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib.
“Mehr” agentli də eyni məzmunlu məlumat dərc edib. Bildirilib ki, ölkənin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Agentlik qeyd edir ki, Rəisi “İran xalqı qarşısında borcunu yerinə yetirərkən” təyyarə qəzasına uğrayıb və “şəhadəti qəbul edib”. Qeyd olunur ki, qəza Təbriz şəhərinə gedən yolda baş verib.
Təyyarədə həmçinin xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşim də olub.
Adının açıqlanmasını istəməyən İran rəsmisi də “Reuters” agentliyinə Rəisi və Abdullahianın qəzada öldüyünü təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top