
Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində 2 həftədir davam edən yağışların səbəb olduğu daşqınlara görə itkilər artır.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, əyalət rəsmiləri tərəfindən verilən açıqlamada 155 nəfərin öldüyü, 94 nəfərin isə itkin düşdüyü bildirilir.
Qeyd olunub ki, indiyədək 807 yaralı qeydiyyata alınıb:
“Daşqından zərər çəkənlərin sayı 2 milyon 300 mini, evlərini tərk edənlərin sayı isə 620 mini keçib”.
Açıqlamada, təbii fəlakət bölgəsindən 82 min 666 nəfərin xilas edildiyi, 77 min 202 nəfərin isə sığınacaqlarda qaldığı bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz