Ukrayna ordusu “Kovrovets” gəmisini vurub


Ukrayna Müdafiə Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini vurub.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya gəmisinin məhv edilməsinin təfərrüatları hələlik məlum deyil.
Qeyd olunur ki, “Kovrovets” Rusiyanın Qara Dəniz Donanmasının tərkibindəki “Project 266M” tipli minaaxtaran gəmisidir. Əvvəllər Rusiya Federasiyası “Kovrovets”dən Atlantik okeanı və Fars körfəzində missiyaları yerinə yetirmək üçün istifadə edirdi. Sonra onu Sevastopola apardılar. Bundan əlavə, gəmi Aralıq dənizində də müəyyən tapşırıqları yerinə yetirib.
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ukraynaya qarşı müharibə nəticəsində Rusiyanın Qara dəniz donanmasının “funksional fəaliyyətini” itirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top