“İndi Rəfaha hücum barədə düşünmək məsuliyyətsizlikdir” – Şolz


Almaniya kansleri Olaf Şolz Qəzza zolağının Rəfah şəhərində genişmiqyaslı quru əməliyyatına qarşı xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, onun sözlərini DPA agentliyi sitat gətirib.
Kansler bildirib ki, bunun sonu yaxşı ola bilməz:
“Biz Almaniyada, Avropada, eləcə də Amerika hökumətində yekdil fikirdəyik: milyonlarla qaçqının sığındığı və müdafiəsiz qaldığı Rəfaha hücum barədə düşünmək indi məsuliyyətsizlikdir”.
Bundan əlavə, kansler qeyd edib ki, Qəzzaya kifayət qədər humanitar yardım çatdırılmalıdır. Onun bəyanatı Qəzzada müharibəyə etiraz edən onlarla etirazçı tərəfindən yüksək qarşılanıb.
“Gündə 500 yük maşını minimumdur. Müharibə aparan hər kəs insanlıq və müharibənin qurbanı olan mülki əhali üçün də məsuliyyət daşıyır”, - Şolz bildirib.

DİGƏR XƏBƏRLƏR

Top