
Slovakiya məhkəməsi Baş nazir Robert Fitsonun həyatına qəsd cəhdində şübhəli bilinən 71 yaşlı yazıçı Yuray Tsintullanı həbs edib.
Yeniavaz.com RTVS-a istinadən xəbər verir ki, Tsintulla günahını etiraf edib.
Bundan əvvəl ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Matuş Şutai-Eştok deyib ki, yazıçı öz hərəkətini siyasi motivlərlə izah edib - o, hökumətin siyasəti ilə razı deyil.
Bildirilir ki, Tsintulla ittiham olunarsa, onu 25 ildən ömürlük həbs cəzasına kimi gözləyir.
Tətbiqimizi yükləyə bilərsiniz