“Rəfahın yaxınlığında 15 İsrail əsgəri məhv edilib” – HƏMAS


“HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin Əl-Qəssam Briqadaları” tərəfdarlarının Rəfah şəhəri yaxınlığındakı hücumu nəticəsində 15 İsrail əsgəri məhv edilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qruplaşmanın teleqram kanalınd məlumat paylaşılıb.
Bildirilir ki, qruplaşmanın tərəfdarları bir çox İsrail əsgərinin sığındığı evi partladıblar:
“Daha sonra bombalanmış evə basqın edərək düşmən əsgərləri ilə sıx döyüşə girmişik. Hücum nəticəsində 15 İsrail əsgəri ölüb”.
Hücumun Rəfahın şərqində yerləşən əl-Tanur bölgəsində baş verdiyi bildirilir.
İsrail ordusundan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top