Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi


Rusiya Silahlı Qüvvələrinin Şimal qoşun qruplaşmasının bölmələri Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsini əla keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Aktiv əməliyyatlar nəticəsində “Şimal” qoşun qruplaşmasının bölmələri Xarkov vilayətinin Staritsa yaşayış məntəqəsini ələ keçirib və düşmənin müdafiəsinin dərinliklərinə doğru irəliləməyi davam etdirib”, - deyə nazirlik bildirib.
Məlumata görə, Rusiya hərbçiləri Xarkov vilayətinin Veterinarnoye kəndi ərazilərində, eləcə də Sumı vilayətinin Miropolye və Loknya kəndlərində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasına zərbə endirib.
Bundan əlavə, gün ərzində Xarkov vilayətinin Liptsy, Tixoy və Volçansk ərazilərində Ukrayna ordusunun hücum qruplarının dörd əks-hücumları dəf edilib.
Nəticədə Ukrayna Silahlı Qüvvələri 150-yə qədər hərbçi, bir tank, iki zirehli döyüş maşını və iki avtomobil itirib.
Ukraynanın rəsmi qurumları hələ ki, bu məlumatı şərh etməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top