Qəzzada bir gündə 83 fələstinli həlak oldu


Qəzza zolağında son 24 saat ərzində İsrailin atəşə tutması və bombalaması nəticəsində 80-dən çox fələstinli həlak olub, 100-dən çox fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində Qəzza zolağında İsrail təcavüzü nəticəsində ölənlərin sayı 83, yaralananların sayı 105 nəfər olub”, - deyə Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, İsrailin sektorda hərbi əməliyyata başladığı gündən bu yana 35 386 nəfər ölüb, 79 366 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top