Para-atletimiz dünya çempionu oldu


Azərbaycanlı para-atlet Lamiyə Vəliyeva dünya çempionu olub.
Yeniavaz.com
Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, gənc idmançı Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
L.Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəni 11.94 saniyəyə başa vurub. O, bu nəticə ilə bütün rəqiblərini geridə qoyaraq ilk pilləyə qalxıb.
Qeyd edək ki, bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə üçüncü dünya çempionluğudur. L.Vəliyeva ötən il Parisdə təşkil edilən mundialda 100 və 400 metr məsafələrə qaçış üzrə qızıl medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top