Baş naziri güllələyən yazıçı məhkəmə qarşısına çıxdı


Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən Yuray Tsintula respublikanın qərbində yerləşən Pezinok şəhərində xüsusi cinayət məhkəməsinə aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SME xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, Tsintula məhkəməyə gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə aparılıb.
Tsintula daha əvvəl hərəkətinə görə peşman olmadığını, lakin Baş naziri öldürmək istəmədiyini, sadəcə olaraq ona zərər vermək istədiyini iddia edib.
Cinayət siyasi motivlərlə törədilib. Slovakiya mətbuatının yazdığına görə, o, bundan əvvəl Fitsonun siyasəti ilə razılaşmadığı üçün hökumət başçısına atəş açdığını etiraf edib. Onu ömürlük həbs gözləyir.
Qeyd edək ki, Fitso 2006-2010 və 2012-2018-ci illərdə Slovakiyanın Baş naziri vəzifəsini tutub və 2023-cü ilin oktyabrında yenidən hökumət başçısı olub. O, uzun müddətdir ki, Ukraynadakı vəziyyətlə bağlı Qərb siyasətini tənqid edir, münaqişənin hərbi yolla həllinin olmadığını, Kiyevə silah verilməsinin ancaq insan tələfatına səbəb olduğunu vurğulayır.

DİGƏR XƏBƏRLƏR

Top