
“Hizbullah” döyüşçüləri günorta saatlarında Qərbi Qalileyada bir neçə İsrail hərbi mövqelərinə hücum ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə qruplaşmanın teleqram kanalında məlumat verilib.
“İslam müqavimət bölmələri Zavuranın möhkəmləndirilmiş ərazisindəki artilleriya bazasına onlarla raket zərbəsi endirib. Birbaşa zərbə nəticəsində düşmən itki verib və hərbi texnika sıradan çıxıb”, - məlumatda deyilir.
Qeyd edilir ki, Qolan təpələrindəki Tzipora ordusunun arxa bazasına ən azı 50 minaatan atəşi açılıb:
“Biranitdəki kazarmalara tank əleyhinə idarə olunan mərmilər atılıb. Ərazidə quraşdırılmış müşahidə qüllələrindəki video avadanlıqlar zədələnib”.
İsrail artilleriyası “Hizbullah” döyüşçülərinin silahlı hücumlarına cavab olaraq bütün Houla vadisində 24 saat ərzində intensiv atəşlər aparıb, təyyarələr reydlər həyata keçirib. Yerli hakimiyyət orqanları Livanın cənubundakı bombardmanlar nəticəsində 3 mülki şəxsin yaralandığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz