
Aİ Şurası üç Rusiya media orqanının və Praqada yerləşən “Avropanın səsi” portalının ittifaq ölkələrində yayımının dayandırılması barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ Şurasının saytında dərc olunmuş məlumatda deyilir.
“Bu gün Şura Rusiyanın təbliğatını və Ukraynaya qarşı aqressiv müharibəni yayan və dəstəkləyən daha dörd media orqanının: “Avropanın Səsi”, “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta”nın Aİ-də yayım fəaliyyətini dayandırmaq qərarına gəlib”, - məlumatda deyilir.
Qeyd edilir ki, qadağa bu medianın və onların əməkdaşlarının Avropa Birliyində araşdırmalar aparmağa, müsahibələr almağa və yayımdan başqa digər fəaliyyətlərə mane olmayacaq.
Aİ Şurası iddia edir ki, yeni məhdudiyyətlər sadalanan KİV-in iddia edilən təbliğat fəaliyyəti, Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərinə haqq qazandırmaq məqsədilə məlumatların manipulyasiyası və faktların kobud şəkildə təhrif edilməsi ilə bağlıdır.
Tətbiqimizi yükləyə bilərsiniz