Mbappenin “Real Madrid”də qazanacağı illik məbləğ bilindi


Fransa millisinin 25 yaşlı hücumçusu Kilian Mbappe “Real Madrid”də ildə 15 milyon avro alacaq,
Yeniavaz.com
“Sky Sports”a istinadla xəbər verir ki, Mbappe iyunda azad agent kimi PSJ-dən ayrılacaq və Kral Klubu ilə 5 illik müqavilə imzalayacaq.
Mbappe “Real Madrid”dən imza bonusu olaraq 150 milyon avro alacaq.
Qeyd edək ki, bu mövsüm Mbappe PSJ-nin heyətində 47 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” Mbappenin transfer dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR

Top