Terim uğursuz nəticələrə görə “Panatinaikos”dan göndərildi


Fatih Terim Yunanıstan Liqasının aparıcı komandalarından “Panatinaikos”dan ayrıldığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o sosial media hesabında məlumat dərc edib.
“Keçən dekabr ayından etibarən komandamla birlikdə bütün gücümüzlə çalışdığımız “Panatinaikos” Futbol Klubunda məqsədimiz 2023-2024 mövsümünü çempion olaraq başa vurmaq və çox dəyərli “Panatinaikos” azarkeşlərinə 13 ildir həsrətində olduqları çempionluğu yaşatmaq idi. Dünən axşam klub prezidenti ilə görüşdük və vəziyyəti dəyərləndirdik. Nəticədə 2024-2025-ci illər üçün planlarımızın uyğun olmadığı qənaətinə gəldik və peşəkar əlaqələrimizi davam etdirməməyə qərar verdik”.
Xatırladaq ki, ötən ilin dekabrında “Panatinaikos”la müqavilə bağlayan Fatih Terim Yunanıstan təmsilçisi ilə 13 matçda meydana çıxıb. Terim bu görüşlərdə 6 qələbə və 6 məğlubiyyət əldə edib.
“Panatinaikos” hazırda Yunanıstan çempionatının pley-off qrupunda 71 xalla 4-cü pillədə qərarlaşıb. Klub türkiyəli mütəxəssisin rəhbərliyi altında Yunanıstan Superliqasının son turunda PAOK-a 1:4 hesabı ilə uduzaraq çempionluq şansını itirib.

DİGƏR XƏBƏRLƏR

Top