İsrail ordusunun itkiləri artdı


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha bir hərbçisinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Bislah” briqadasının 6828-ci kəşfiyyat batalyonunun üzvü, 39 yaşlı mayor Ran Yavets Qəzza zolağı yaxınlığında keçirilən əməliyyat zamanı həlak olub.
Son məlumatlara əsasən, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatları başlayandan bəri ölən hərbçilərin sayı 279-a çatıb. Ümumilikdə, İsrail tərəfi Fələstinlə münaqişənin yeni mərhələsində 627 hərbçisini itirib.

DİGƏR XƏBƏRLƏR

Top