Ərdoğan Kobaxidze ilə görüşdü


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb.
Yeniavaz.com
xəbər verir ki, Kobaxidze və Ərdoğan arasında təkbətək görüş keçirilib.
Ardınca Türkiyə Prezidenti və Gürcüstanın Baş naziri mətbuat konfransı keçirib.
“Gürcüstanın Baş naziri Kobaxidzeni salamlayıram. Dost Gürcüstan xalqını indidən müstəqillik günü münasibətilə təbrik edirəm. Cənab Kobaxidzeyə vəzifəsində uğurlar arzulayıram. İki dost ölkə olaraq məhsuldar görüşlərimiz oldu. Türkiyənin Gürcüstana güclü dəstəyini bir daha vurğuladıq. Cənab Baş nazir Gürcüstandakı daxili siyasi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşdü. Türkiyə olaraq ümid edirəm ki, hadisələr Gürcüstan xalqı üçün müsbət olacaq”, - Ərdoğan bildirib.
Ölkə başçısı qeyd edib ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin region üçün tarixi fürsət olduğu müzakirə edilib.

DİGƏR XƏBƏRLƏR

Top