Səlahəddin Dəmirtaş 42 il həbs cəzası aldı


Türkiyədə məhkəmə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş funksionerlərini 2014-cü ilin oktyabrında baş verən iğtişaşlara görə azadlıqdan məhrum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, “İslam Dövləti” yaraqlılarının Suriyanın şimalındakı Kobani şəhərində hücumu ilə bağlı Türkiyə hakimiyyətinin hərəkətsizliyi bəhanəsi ilə HDP-nin təşkil etdiyi etiraz aksiyaları ilə bağlı araşdırılan “Kobani” işi üzrə partiyanın liderləri də daxil olmaqla 108 nəfər iştirak edib. HDP-nin özü iğtişaşlarda iştirakını inkar edib.
Məhkəmə qərarına əsasən, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş 47 ayrı cinayətə görə ümumilikdə 42 il həbs cəzası alıb, partiya liderlərindən Figen Yüksekdağ 30 il, Türkiyənin cənub-şərqində yerləşən Mardin şəhərinin keçmiş bələdiyyə sədri Əhməd Türkə isə 10 il həbs cəzası verilib.
 

DİGƏR XƏBƏRLƏR

Top