“Kaan”ın layihə dəyəri açıqlandı


“Türkiyənin “Kaan” milli döyüş təyyarəsinin yaradılması layihəsinə investisiyalar hazırda ümumilikdə 2 milyard dollar təşkil edir”.
Yeniavaz.com
“Dünya” qəzetinə istinadla xəbər verir ki, bu barədə TAI (“Turkish Aerospace Industries”) şirkətinin baş direktoru Temel Kotil jurnalistlərə bildirib.
“Biz layihəyə böyük məbləğdə vəsait sərf etmişik. Hazırda “Kaan”a qoyulan sərmayə 2 milyard dollar təşkil edir”, - şirkət rəhbəri qeyd edib.
O, həmçinin qeyd edib ki, türk qırıcısı öz xüsusiyyətlərinə görə F-35-dən üstündür: “F-35 6 tona qədər sursat daşıya bilirsə, “Kaan” 10 tona qədər sursat daşıya bilir və daha səmərəli mühərrikə malikdir”, - Kotil bildirib.
Kotil bir təyyarənin qiymətini açıqlamasa da, bir ədəd F-35-in qiymətinin 130 milyon dollar olduğunu xatırladıb.
O bildirib ki, 2028-ci ildə şirkət Türkiyə Hərbi Hava Qüvvələrinə 20 “Kaan” təhvil verməyi planlaşdırır.
“Üstəlik, bu təyyarə üçün mühərrik və ejektor oturacağından başqa hər şey Türkiyə hərbi-sənaye kompleksi tərəfindən istehsal olunur. 2028-2029-cu illərdə isə TAI öz mühərriklərinə keçməyi planlıaşdırır”.
Qeyd edək ki, “Kaan” qırıcısı TAİ tərəfindən 2010-cu ilin dekabr ayından Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. Eksperimental qırıcının ilk buraxılışı isə 2023-cü ilin əvvəlində baş tutub. Fevralın 21-də qırıcı Türkiyə Hərbi Hava Qüvvələrinin Ankaradakı aviabazasından havaya qalxıb və sınaq uçuşundan sonra ora qayıdıb. Müxtəlif mənbələrə görə, o, 13 dəqiqə havada olub, 420 km/saatdan çox sürət yığıb və 2,4 min m hündürlüyə qalxıb.

DİGƏR XƏBƏRLƏR

Top