İsrail ordusu öz hərbçilərini atəşə tutdu – 5 ölü, 8 yaralı var


Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin (IDF) 5 hərbçisi dost atəşi nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Bildirilib ki, çavuş Betzlel David Şaşua, çavuş İlan Koen, çavuş Daniel Çemu, çavuş Gilad Arye Boym və kapitan Roy Beyt Yaakov çərşənbə günü Qəzzada həlak olublar. Ən azı 8 hərbçinin də yaralandığı bildirilir.
Qeyd olunur ki, indiyədək İsrailin 49 hərbçisi Qəzzada keçirilən hərbi əməliyyatlarda dost atəşi və digər qəzalar nəticəsində həlak olub.
Qeyd edək ki, dost atəşi hərbi birliyin öz qüvvələrinə və ya müttəfiq qüvvələr üzərinə açdığı atəş hesab olunur.
Son məlumatları nəzərə alsaq, Fələstin-İsrail münaqişəsinin yeni mərhələsində həlak olan İsrail hərbçilərinin ümumi sayı artıq 626-ya çatıb.

DİGƏR XƏBƏRLƏR

Top