![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/8/9/1/bf442bb0-8651-40eb-a1c8-99677657384c/qaz2.jpg)
Sabah saat 10:00-dan Sabunçu rayonu, Maştağa qəsəbəsinin Xanlar küçəsində tənzimləyici şkafın torpaq səthindən dayaqlara qaldırılması, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində qaz xəttinin yerinin dəyişdirilməsi, saat 11:00-dan isə “Ramanı Südçülük sovxozu”na gedən orta təzyiqli qaz kəmərinin və “Xaşa-Xuna(Berz)” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan ayrılan qaz kəmərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi qaz təchizatı dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, təmir işləri görülən müddətdə Sabunçu rayonunun (Ramanı Südçülük Sovxozu və Maştağa qəsəbəsi, Daş karxanasının bir hissəsi), Xəzər rayonunun (Xaşa-Xuna qəsəbəsi), Sumqayıt şəhərinin (2-ci mikrorayon ərazisi) və Sabunçu rayonunun (Maştağa qəsəbəsinin Xanlar küçəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.