Sel Goranboyda fəsadlar törədib – Fotolar


Goranboyda sel fəsadlar törədib.
Yeniavaz.com
xəbər verir ki, mayın 12-14-ü tarixlərində  baş verən leysan yağışları nəticəsində  Qaraçay və İncəçay çayında suyun səviyyəsi artıb, yaranan sel suları Goranboy rayonunun Tatarlı, Səfikürd, Xan Qərvənd və Əlirzalı kəndləri ərazisində əkin sahələrinə, fərdi təsərrüfatlara ziyan vurub.
Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınıb, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.



Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top