Amerikada bir qadın 70 il sonra universitetdən məzun oldu


ABŞ-də 91 yaşlı bir qadın tələbə adını qzandıqdan 70 il sonra Missuri Dövlət Universitetini bitirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “First Alert 4” məlumat yayıb.
Məlumata görə, Meri Ellen Fouli 1950-ci ildə Cənub-qərbi Missuri Kollecində (indiki Missuri Dövlət Universitetində) məktəbəqədər tədris üzrə bakalavr dərəcəsi alıb. Beş il sonra o, ailə həyatı ilə əlaqədar “Mizzou” kimi də tanınan Missuri Universitetinə keçib. Ancaq Fouli məzun olmasına bir neçə imtahan qalmış uşaqlarını böyütmək üçün yenidən universiteti tərk etməli olub.
1970-ci illərdə o, “Mizzou”da yenidən qeydiyyatdan keçmək qərarəna gəlib. Ancaq o bu dəfə tələbələrlə bağlı tələblərin dəyişdiyini görüb.
Bu ilin aprel ayında Fouli nəvəsinə fərqli bir sahədə belə olsa, ali təhsil dərəcəsi almaq istədiyini bidirib. Köhnə qiymətlərinə baxdıqdan sonra akademik məsləhətçi ona ümumi təhsil dərəcəsi almaq üçün kifayət qədər krediti olduğunu deyib.
Meri Ellen Fouliyə ali təhsil diploma bu ilin martında vəfat edən həyat yoldaşı Çarlzın ad günündə təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top