“Sülhməramlıların Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda davam edir”


“2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli uğurlu antiterror tədbirlərindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının da fəaliyyətinə ehtiyac qalmadı”.
Yeniavaz.com
AZƏRTAC-a istinadlaxəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov jurnalistlərə açıqlamasında söyləyib.
“Sülhməramlı kontingentin vaxtından əvvəl missiyasının başa çatdırılması və Azərbaycan ərazisini tərk etməsi barədə qərardan dərhal sonra Müdafiə Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq sülhməramlı kontingentin silah və texnikasının, şəxsi heyətinin Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilir”,- deyə o vurğulayıb.
Anar Eyvazov bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda davam edir və yaxın vaxtlarda yekunlaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top