İsrail Livanda daha bir “Hizbullah” komandirini öldürdü


İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda “Hizbullah”a məxsus avtomobilə 3 raket zərbəsi endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum Tira şəhərinin ətrafında (Beyrutdan 80 km məsafədə) magistral yolda baş verib. Hücum nəticəsində “Hizbullah” qüvvələrinin səhra komandiri Hüseyn Məkki və onu müşayiət edən döyüşçü öldürülüb.
Qeyd edək ki, bundan əvvəl İsrail hərbçiləri aprelin 23-də Sayda şəhəri yaxınlığındakı Adlyun rayonunda (Beyrutdan 50 km məsafədə) hava hücumundan müdafiəyə cavabdeh olan “Hizbullah” komandiri Hüseyn Əli Əzkulun öldürüldüyünü elan edib. Digər tərəfdən, həmin gün Arzun kəndində “Radvan” xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Xəlil Atiya da öldürülüb.
Aprelin 24-də isə İsrailin müdafiə naziri Yoav Qalant İsrail hərbçilərinin “Hizbullah” komandirlərinin yarısını öldürdüyünü bildirib. Onun sözlərinə görə, digər yarısı İsrailin hərbi əməliyyatları ilə əlaqədar Livanın cənubunu tərk edib. “Hizbullah”a məxsus rəsmi mənbə isə Qalantın dediklərini təkzib edib və onları yalan adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top