
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı ciddi daxili vəziyyətə görə İspaniya və Portuqaliyaya səfərlərini ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Kiyev cəbhə xəttinin bir neçə hissəsində, xüsusən Xarkov vilayətində çətin vəziyyətlə üzləşib. Buna görə də, Ukrayna nümayəndə heyətinin xaricə səfəri məqsədəuyğun hesab edilməyib.
İspaniya tərəfi də öz növbəsində monarx VI Filipp və Zelenski arasında mayın 17-nə planlaşdırılan görüşün ləğvi barədə məlumat yayıb.
Qeyd edək ki, mayın 13-də “SIC Notícias” telekanalı Zelenskinin ölkələr arasında təhlükəsizlik sazişinin mümkün imzalanması üçün yaxın günlərdə Portuqaliyaya səfər etmək niyyətində olduğunun bəyan etmişdi. “El Pais” qəzeti isə hökumətdəki mənbələrə istinadla Ukrayna liderinin Madridə də səfər edəcəyini və burada o, İspaniyanın Baş naziri Pedro Sançeslə oxşar saziş imzalayacağını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz