Rusiya Prezidenti Vladimir Putin yeni nazirləri və baş nazirin müavinlərini təyin edib.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamları dərc olunub.
Rusiya hökuməti ilk dəfə olaraq 2020-ci ildə konstitusiyaya edilən dəyişikliklə nəzərdə tutulan yeni prosedura əsasən formalaşıb. Bütün namizədlər əvvəllər parlamentdə nəzərdən keçirilib və təsdiq edilib.
Bütövlükdə hökumətin tərkibinə rəhbərindən əlavə 10 baş nazirin müavini və 21 nazir daxildir. Nazirliklərin sayı və adı əvvəlki tərkiblə müqayisədə dəyişməyib.