İrəvanda daha 38 etirazçı saxlanıldı


Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Yerevanın küçələrini bağlayan 38 etirazçını saxlayıb. 
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
“38 etirazçının hamısı polisin qanuni tələblərinə tabe olmadıqları üçün Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə polis bölmələrinə aparılıb”, - deyə nazirlikdən bildirilib. 
Onların əksəriyyəti Abovyan küçəsində, Respublika meydanına doğru yürüş zamanı saxlanılıb.
Qeyd edək ki, mayın 9-da “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan İrəvanda keçirilən mitinqdə çıxış edərək Ermənistanın Baş naziri Nikol Paşinyanı istefaya çağırıb. İstefa tələbi cavabsız qaldıqdan sonra Qalstanyan itaətsizlik aksiyalarının başladığını elan edib. 
Xatırladaq ki, hərəkat İrəvanla Bakı arasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı razılaşmalara qarşı çıxır.

DİGƏR XƏBƏRLƏR

Top