
2023-cü ilin oktyabrında İsrail hərbi əməliyyatları başlayandan bəri Qəzza zolağında 35,1 mindən çox insan həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“Ötən il oktyabrın 7-dən bu yana İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 35 min 173 nəfərə, yaralananlarən sayı isə 79 min 61 nəfərə çatıb”, - məlumatda bildirilib.
Nazirlik əlavə edib ki, son 24 saat ərzində Qəzzada 82 nəfər ölüb, 234 nəfər yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz