Yaxın günlərdə ABŞ və İsrail arasında yeni görüş baş tutacaq


“Yaxın günlərdə Fələstinin Rəfah şəhəri ətrafında vəziyyətlə bağlı ABŞ və İsrail rəsmiləri arasında yeni məsləhətləşmələr keçiriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
“Mən bunun həftələr ərzində deyil, günlər ərzində baş tutacağını gözləyirəm. Təqvimdə konkret tarix açıqlamamışıq, lakin bu, çox da uzaq olmayan bir zamanda olacaq”, - ABŞ liderinin müşaviri Rəfahda israillilərlə növbəti görüşün planları barədə sualı cavablandırarkən deyib.
Eyni zamanda, Sallivan qeyd edib ki, söhbət digər məsələlərlə yanaşı, hərbi kəşfiyyat nümayəndələrinin və humanitar yardım mütəxəssislərinin də iştirakı ilə idarələrarası görüşdən gedir.

DİGƏR XƏBƏRLƏR

Top