
Ermənistanın hər yerində keçirilən dinc etirazlar zamanı 171 nəfər saxlanılıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə “Hayastan” blokunun deputatı Qarnik Danielyan etiraz gününün nəticələrinə yekun vuraraq məlumat verib.
O xatırladıb ki, bu gün İrəvanda 20-yə yaxın küçə, o cümlədən Myasnikyan və Arşakunyats prospektləri, Abovyan küçəsi və Tbilisi şossesi bağlanıb. Qısamüddətli aksiyalar beynəlxalq marşrutlara da təsir edib: Ermənistan-Gürcüstan Baqrataşen keçid məntəqəsində, Ermənistan-İran Vayk şəhəri yaxınlığında, həmçinin İrəvan-Sevan magistral yolu.
Qeyd edək ki, bu gün Ermənistanda “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz