
İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 35,1 min fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı hazırda 35 min 91 nəfərə çatıb, daha 78 min 827 nəfər yaralanıb.
Nazirlik əlavə edib ki, son 24 saat ərzində Qəzzada 57 nəfər həlak olub, 82 nəfər yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz