Paşinyan və Yan Borq Cənubi Qafqazı müzakirə etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqla görüşüb.
Yeniavaz.com
xəbər verir  ki, bu barədə Ermənistan Nazirlər Kabinetinə istinadla “Armenpress” agentliyi məlumat yayıb.
Məlumata görə, Nikol Paşinyan və Yan Borq Ermənistanın ATƏT-lə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin, Cənubi Qafqazda baş verən hadisələr və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması məsələləri müzakirə olunub.
Yan Borq ATƏT-in bütün regionda davamlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən səyləri dəstəklədiyini və təşkilatın mandatına uyğun olaraq, onların təşviqinə sadiq olduğunu vurğulayıb.
Qeyd edək ki, Yan Borqun sabah Azərbaycana səfəri gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top